Ermənilərə Bakıdan yardım aparan “TIR”lar Ağdama çatdı
Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama çatıb.
APA TV-nin avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir ki, 40 ton un yüklənmiş iki avtomobil Ağdam-Xankəndi yolunun başlanğıcındadır.
Avtomobillərin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır. Yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilib.
Novruz Aslan bildirib ki, Cəmiyyətin rəhbər işçiləri və könüllüləri humanitar yükün Xankəndiyə çatdırılması üçün səfərbər olub. Onun sözlərinə görə, ilkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub, ehtiyac olduğu təqdirdə Qarabağda yaşayan erməni əhali üçün əlavə yardımlar göndərilə bilər. Fuad Sadıqov
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu