Ermənilərin 30 illik mübarizəsi sıfırlandı - Poqosyanın ah-naləsi

# 18:03
8 aprel 2022

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşün nəticələri 

erməni müxalifətini dilxor edib.

 

Keçmiş deputat Tevan Poqosyan “Joğovurd” qəzetinə bildirib ki, bu görüşdən sonra erməni­lər üçün Qarabağ məsələsi tamamilə bitdi.

 

“Ermənistan və Azərbaycan başçılarının Brüssel görüşünün nəticələrinə görə dərc edilmiş sənəd 30 illik mübarizəni sıfıra endirdi. Sənəddə nə Daqlıq Qarabağın statusu, nə də oradakı ermənilər qeyd olunub. Xalq 1988-ci ildə hərəkata başladı, 1991-ci ildə silaha sarıldı, müstəqillik elan etdi. 30 il ərzində onların təhlükəsizliyi də təmin edildi. İndi isə Dağlıq Qarabağ haqqında bir kəlmə belə yoxdur”.

 

Poqosyan əlavə edib ki, bəyanatda həmçinin ATƏT-in Minsk Qrupundan bəhs edilmir və bu  Ermənistanın Qarabağın statusu haqqında danışmaqdan imtina etməsi deməkdir.

 

 

FUAD SADIQOV APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR