Bank Of Baku

Ermənilərin atdığı raketlərdən biri Mingəçevir istilik elektrik stansiyasının qarşısına düşüb

# 01:32
5 oktyabr 2020

Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar.

APA TV-nin məlumatına görə, atılan raketlərdən biri İES-in qarşısına düşüb.Lakin raket partlamayıb. 

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və ANAMA nümayəndələri cəlb olunublar. 

Qeyd edək ki, hadisə ilə bağlı məlumat yayan Baş Prokurorluq bildirib ki, Mingəçevirə 3 raket atılıb. Onlardan ikisi partlamayıb. Partlamayan raketlərdən biri Mingəçevir İES MMC-nin qarşısına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR