Ermənilərin daha bir havadarı ifşa olundu – APA TV

# 07:11
20 oktyabr 2023

Oktyabrın 16-da Norveçin xarici işlər naziri vəzifəsindən istefaya göndərilən Anniken Huitfeldtin adı silah şirkətinin səhmlərinin qanunsuz satışı ilə bağlı qalmaqalda hallanır. Krallığın Baş naziri bildirib ki, səhmlərin alqı-satqısı ilə bağlı məsələlər onun işdən çıxarılmasını əsaslandırır.

Anniken Huitfeldt öz növbəsində həyat yoldaşı Ola Petter Flemin "Kongsberg Gruppen" silah şirkətinin səhmlərini qanunsuz olaraq satdığını etiraf edib. Onun sözlərinə görə, ərinin investisiya fəaliyyətindən xəbəri olmayıb.

Qeyd edək ki, Anniken ermənipərəst mövqeyi ilə tanınan siyasətçilərdəndir. Ötən il Ermənistana səfəri zamanı erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşdə Azərbaycan tərəfinə qarşı əsassız ittihamlar sürüb. Həmçinin Qarabağın erməni sakinlərinin 44 günlük Vətən müharibəsindən sonra guya humanitar böhranla üzləşdiyini deyib.

Huitfeldtdən əvvəl ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədri ermənipərəst Bob Menendez səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək istefa verməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR