Ermənilərin sərhəddəki təxribatları naziri kreslosuz qoydu

# 20:50
15 noyabr 2021

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mövqelərinə qarşı təxribatları davam etməkdədir. Artıq 3-cü gündür ki, sərhəddəki sakitlik pozulur, ermənilər mövqelərimizi atəşə tuturlar.

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaqdır.  Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil.

 

Rəsmi İrəvan isə dəfələrlə münasibətlərin sülh şəraitində davam etməsini istədiklərini bildirsə də, əməldə dediklərinə sadiq qala bilmir.

 

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, təxribatların əsas məqsədi Zəngəzur dəhlizi ilə bağlı proseslərə zərbə vurmaqdı.

 

O əlavə edib ki, Ermənistan terror dövlətidir və terror və təxribatlara son qoyulmalıdır.: “Bu təxribatların arxasında bir neçə səbəblər var. Hadisələr onu göstərir ki, müharibənin bitməsində 1 ildən bir az çox vaxt  keçib və bu müddət ərziində regionda və qonşu ölkələrdə bütövlükdə siyasi ovqat sülhə kökləndyi bir vaxtda ermənilər yenidən terror etməklə, əslində formalaşan kövrək sabitliyə təhdidlər yaradırlar. Burada məqsəd hər şeydən öncə, müzakirə artıq başa çatmaq üzrə olan Zəngəzur dəhlizi və onun razılaşdırlıması ilə bağlı reallaşan vəziyyətə qarşı təxribat törətməkdir. Əsas motiv isə, Ermənistanın terrorçu dövlət olmasıdır və ermənilərin terrorçu xisləti ilə yaşamalarıdır. Hələ də Ermənistanda ciddi ölçüdə revanşistlərin və radikal qrupların mövcud olmasıdır. Ermənistan ziyalıları dərk etməli lazımlı addımları atmalı və terror hərəkətlərinə son qoyulmalıdır”.

 

Noyabrın 9-da Ermənistan vətəndaşı Norayr Mirzoyan Şuşa ətrafında postda dayanan Azərbaycan hərbçilərinə qumbara ataraq terror törətmişdi. Bu hadisəyə də münasibət bildirən deputat onu bildirib ki, bu cəhd Rusiya sülhməramlılarının etibarsızlaşdırılması kimi qiymətləndirilir. O əlavə edib ki, bu hadisə son günlər beynəlxalq sferada Rusiya federasiya ətrafında gərginləşən vəziyyətə də hesablanmış ola bilər.

 

Siyasi şərhçi Ramiz Alıyev isə söylədi ki, Ermənistanın baş naziri Paşinyanın Zəngəzurla bağlı razılıq çıxışları birmənalı qarşılanmır. Buna görə də həm hakimiyyət daxilində, həm də ordu içərisində çaşqınlıqlar var. O əlavə edib ki, iki ölkə arasında sülhün bərqərar olmasını istəməyən qüvvələr Ermənistan daxilində savaşa start veriblər: “Ermənistanda hal hazırda həm hakimiyyət daxilində, həm də ordu daxilində çaşqınlıqlar var. Paşinyanın bəyanatları və Zəngəzur dəhlizi ilə bağlı çıxışları Ermənnistanda birmənalı qarşılanmır. Çünki köhnə Köçəryan və Sarkisyan komandası buna qarşıdır. Onlar bu razılığın əldə olunmasını istəməyəcəklər. İki ölkə arasında sülhün bərqərar olmasını istəməyən qüvvələr Ermənistan daxilində məqsədli şəkildə savaşa start veriblər. Sanki Ermənistanda hakimiyyətlə rəqabət var”.

 

Bu gün Nikol Paşinyan müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib, bu posta baş nazirin müavinui Suren Papikyanı təyin edib.

 

Arşak Karapetyan son həftələr yalnız təxribatçı addımlar atmaqla məşğul idi. Ermənistan mediasında yayımlanan məlumatlara görə, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Karapetyan burada separatçılarla görüşmüş, bir qrup hərbçini təlimatlandıraraq təxribat törətmələri üçün Qara Göl ətrafına yollamışdı. Əraziyə gələn 60-a yaxın erməni silahlısı əsgərlərimiz tərəfindən mühasirəyə alınmış və təxribat törətmələrinə imkan verilməmişdi.

 

Bundan sonra Azərbaycan Müdafiə Nazirliyi Ermənistana sərt xəbərdarlıq etdi ki, “oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq”.

 

Ekspertlərin fikrincə, Paşinyan hökumətindəki bu dəyişikliyin də əsas səbəbi Azərbaycanın son xəbərdarlığı olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR