Ermənilərin viran qoyduğu Laçın şəhəri qısa müddətdə cənnətə çevrildi

# 19:18
13 iyun 2023

 

Azərbaycan dövləti və vətəndaşı torpaqlarımızın işğaldan azad ediləcəyinə heç vaxt şübhə etmədi. 30 illik işğal dövründə hər kəs gec-tez bu işğala son qoyulacağına, məcburi köçkünlərin öz yurdlarına qayıdacağına inanırdı. İndi inandığımız hər şey reallığa çevrilib. Məcburi köçkünlərimiz öz yurdlarına qayıdıblar. Bizi evində qonaq edən Ruqiyyə nənə iki oğlu, həyat yoldaşı və gəlini ilə birlikdə bu evi tərk etdiyi günləri ürək ağrısı ilə xatırlayır. Ruqiyyə nənə deyir ki, ermənilər son ana kimi onun evində yaşayıb, 44 günlük vətən müharibəsindəki məğlubiyyətdən sonra evi tərk edərkən ona alova qərq ediblər. Amma Amma Azərbaycan dövləti Ruqiyyə nənənin evini tam şəkildə təmir edərək onun istifadəsinə verib. Ülviyyə Cəfərova da Laçına yeni köçüb. Müsahibimiz buradakı şəraitin sehrinə düşdüyünü deyir. 7-8 ay kimi qısa bir dövrdə burada binalar inşa edilib, bütün digər lazımi şərait yaradılır. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və bu gün Laçın şəhəri dağlar qoynunda cənnəti xatırladan məkana çevrilib. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR