Ermənistan atəşin dayandırılmasına əməl etmir
Ermənistanla Azərbaycan arasında dövlət sərhədində atəşin dayandırılması barədə razılıq əldə olunmasına baxmayaraq, qarşı tərəf buna əməl etmir.
APA TV xəbər verir ki, tərəflər bu gün saat 9.00-dan atəşkəs barədə razılıq əldə edib və saat 9.15-dən atəşkəsin tətbiqinə başlanıb.
Lakin Ermənistan az müddət sonra razılaşmaya əməl etməyərək yenidən atəşkəsi pozmağa başlayıb.
Əvvəlki intensivliklə olmasa da, Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması halları baş verir. Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qarşı hələlik təmkin nümayiş etdirir.
DİGƏR XƏBƏRLƏR
APA Group yeni mövsümə böyük yeniliklərlə başlayır
320 yeni iş yeri imkanı: “Meysari Grand Hotel & SPA”ya MEDİATUR TƏŞKİL OLUNDU
Yeni lokomotivlər ADY-nin yükdaşıma imkanlarını 2 dəfəyə qədər artıracaq