Ermənistan da İrandan PUA almaq istəyir
Ermənistan da İrandan pilotsuz uçuş aparatları (PUA) almaq istəyən ölkələr arasındadır.
APA “Middle East Monitor”a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi bildirib.
“İran pilotsuz təyyarələrini almağa hazırkı namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir”, - deyə Səfəvi bildirib.
Xatırladaq ki, bundan əvvəl Yəhya Rəhim Səfəvi 22 ölkənin İran istehsalı olan hərbi pilotsuz təyyarələrin alınması üçün rəsmi müraciət etdiyini bildirmişdi.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi