Ermənistan əsgərləri ruslara atəş açıb, bizim etdiyimizi dedilər

# 17:49
22 mart 2023

Bölgədə gərginliyin olması ilə bağlı daim təxribat xarakterli məlumatlar tirajlayan hökumət dəstəkli erməni mediasının növbəti yalanları ifşa olundu. Belə ki, dünəndən Ermənistan KİV-lərində Azərbaycan ordusu tərəfindən bir erməni əsgərinin əsir götürülərək öldürüldüyü və Rusiya sülhməramlılarına qarşı atəş açaraq iki hərbçinin yaralanması ilə bağlı xəbərlər tirajlanır. Erməni əsgərinin necə itməsi və Rusiya sülhməramlılarının  necə yaralanması barədə “Caliber” saytı araşdırma aparıb və hadisələrin necə baş verməsi ilə bağlı məlumat dərc edib. Məlumatda deyilir:

 

Sitat: Dünən və bu gün Qaragöl gölü ərazisində sıx duman olub, bütün əraziyə və ətraf yüksəkliklərə güclü qar yağıb. Martın 21-də saat 14 radələrində Rusiya Sülhməramlı Kontingentinin (RSK) hərbçiləri ordumuzun nəzarətində olan ərazilərdə erməni hərbçinin itkin düşməsi ilə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayıb. Azərbaycan tərəfi cavab verib ki, erməni əsgərini tapmayıblar, lakin bu istiqamətdə postlara atəş açmaq dərhal qadağan edilib. Bu, Silahlı Qüvvələrimizin baxış meydanına düşən itkin əsgərin həyatını xilas etmək məqsədilə edilib. Sonrakı hadisələr göstərdi ki, erməni əsgər təkbaşına öz postlarına çatıb. Yəni dünən erməni mənbələrinin iddia etdiyi kimi, heç kim onu tutmayıb. Sitatın sonu

 

İki rus əsgərinin ağır yaralanması ilə bağlı məlumatlara gəlincə isə sayt qeyd edir ki, rus hərbçiləri daşıyan avtomobil atəşə tutulub və bu ordumuzun həmin istiqamətdə erməni əsgərinin tapılması üçün atəşin qadağan edildiyi müddətdə baş verib.

 

Sitat: Əldə etdiyimiz məlumata görə, Qaragöl istiqamətində hərəkət edən Rusiyanın UAZ “Patriot”u atəşə tutulub. Lakin dünən saat 15:00-dan sonra bu, Qaragölün cənubundakı erməni mövqeləri yaxınlığında baş verib. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələri üçün Qaragöl istiqamətində itkin düşən müqaviləli erməni əsgərə görə hələ də atəş açılmasına ciddi qadağa var idi. Müvafiq məlumat Rusiya hərbi komandanlığının diqqətinə çatdırılıb. Yeri gəlmişkən, ruslar rus hərbçilərinin güllə yarası almadığını bildirdilər - onlar avtomibilin çiliklənən şüşələrindən yaralanıblar. Bunu bu gün Gorus administrasiyasının mətbuat xidməti də təsdiqləyib.  Sitatın sonu

Məlumatda o da qeyd olunub ki, ballistik ekspertiza rus avtomobilinə atəşin məhz Ermənistan tərəfdən açıldığını sübut edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR