Ermənistan itkinlərlə bağlı vədinə niyə əməl etmir? - NAZİR AÇIQLADI
Azərbaycan müxtəlif beynəlxalq platformalarda itkin düşmüş şəxslərin məsələsini qaldırıb və buna davam edir.
APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
O bildirib ki, 44 günlük müharibədən əvvəl Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa əsaslanan öhdəliklərini yerinə yetirməsinə şahid olmayıblar: “4 fevralda keçirilən dördtərəfli görüşdə (Azərbaycan, Fransa, Aİ və Ermənistan liderləri– red.) humanitar məsələlər müzakirə olunub və itkin düşmüş şəxslərin məsələsi qaldırılıb. 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 719 nəfəri mülki şəxslərdir. Ermənistan naziri bu sahədə əməkdaşlıq vədi verib. Lakin sonradan paradoksun və məntiqə uyğun olmayan açıqlamanın şahidi olduq. Nazirlik heç bir vədin verilmədiyi barədə açıqlama verdi. Bu, mənəviyyata, insanlığa sığmayan açıqlamadır və məyusluq, təəccüb və mənfi hislər doğurur. Azərbaycan davamlı və israrla bu məsələnin üzərinə gedəcək. Dünya dövlətləri bu istiqamətdə Ermənistana təzyiqləri artırmalıdır”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu