Ermənistan KTMT-yə müraciət etdi: BƏYANATDA NƏLƏR DEYİLİR?

# 14:33
13 sentyabr 2022

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yayıb.

 

APA TV-nin Moskva müxbirinin məlumatına görə, bəyanatda deyilir:

 

"2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşma baş verib. Nəticədə ölən və yaralananlar var. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin nizamlanması üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan, müstəsna olaraq siyasi və diplomatik üsullardan istifadə edilməlidir. Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk”, - deyə bəyanatda deyilir.

 

Bundan başqa, Ermənistanın yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birləşmiş Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR