Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərinin adını gizli saxlayır
Ermənistanda 44 günlük müharibə zamanı ölən hərbçilərin yaxınları və dostları Azərbaycanla sərhəddə Ermənistan silahlı qüvvələrinin son təxribatı zamanı ölən hərbçilərin adlarının dərc olunmasını tələb edir.
APA TV "Sputnik Armenia"ya istinadən xəbər verir ki, onlar bununla bağlı fleşmob keçirəcəklər.
“Müdafiə Nazirliyindən son hadisələr zamanı ölən hərbçilərin adlarının dərc olunmasını tələb edirik”,- deyə onlar bildirib.
Xatırladaq ki, Ermənistan son hərbi təxribatı zamanı 135 hərbçisinin öldüyünü açıqlasa da, onların sayının çox olduğu məlumdur. Nazirlik yaralı hərbi qulluqçuların da adını açıqlamayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu