Ermənistan müxalifəti sabahdan Fransa meydanını boşaldır
Ermənistan müxalifəti siyasi mübarizə müxanizimlərini dəyişdirmək və Fransa meydanını boşaltmaq qərarına gəlib.
APA “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə müqavimət hərəkatının rəhbəri İşxan Saqatelyan məlumat verib. Onun sözlərinə görə, 40 gündən çoxdur İrəvanın mərkəzindəki Fransa meydanında qurulan çadırlar sabah söküləcək.
"Biz çadır şəhərciyi yaratmaq qərarına gəldik ki, hərəkatın öz ünvanı olsun. Burada çadırların olub-olmamasından asılı olmayaraq, bu ərazi bizim hərəkatımıza məxsusdur. Hərəkat sübut etdi ki, bizim üçün bağlı ərazilər, küçələr yoxdur. Burada xidmətdə olan bütün vətəndaşlara minnətdarıq”,- deyə Saqatelyan bildirib.
Onun sözlərinə görə, əsas səhv hökumətə və baş nazir Nikol Paşinyana qarşı çıxanları kifayət qədər bu işə cəlb edə bilməmək olub.
Bununla bağlı o, mübarizə strategiyasında dəyişiklik edildiyini açıqlayıb.
Müxalifətdə komitələr və işçi qrupları yaradılacaq ki, onların vəzifəsi hərəkatı genişləndirmək olacaq.
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi