Ermənistan ordusu həqiqətən Paşinyana tabe olmur? - Danışıqlar niyə davam etmir?

# 18:34
13 aprel 2023

Aprelin 11-də Laçın istiqamətində ermənilərin törətdiyi növbəti təxribat və baş verən silahlı insident hələ də müzakirə olunmaqdadır. Maraqlıdır ki, hadisə danışıqlar prosesində müəyyən müsbət meyillərin yarandığı, hətta gündəlikdə tərəflərin danışıqları davam etdirmək üçün Vaşinqtona dəvət olunacağı məsələsi olduğu bir dövrdə baş verdi. Həmin gün hökumətə bağlı Ermənistan KİV-lərində yayımlanan bir-birinə zidd açıqlamalar da nəticələrin çaşqınlıq yaratdığını, İrəvanın planlarının növbəti dəfə tam pozulduğunu göstərdi.

Baş vermiş hadisə ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, rəsmi İrəvanın sülhlə bağlı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönləndirmək məqsədi daşıyır. O əlavə edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi problemlərin aradan qaldırılmasında maraqlı deyil. Ədalət Verdiyev onu da əlavə edib ki, Ermənistanın korpus komandiri, polkovnik Gözəlyanın ərazidə olması hadisənin təxribat olması faktını bir daha təsdiq edir.

Hərbi-siyasi ekspert Telman Qasımov bildirib ki, Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb və ötən ay Laçında bir sıra yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi revanşistləri qıcıqlandırıb. O əlavə edib ki, paylaşılan video tam deyil və ermənilərin əsgərlərimizə atəş açdıqları hissə kəsilib. Telman Qasımov təxribatda İran izini də istisna etməyib.

Qarşıdurma zamanı istifadə olunan PUA-larla bağlı da açıqlama verən Telman Qasımov vurğuladı ki, Ermənistanı hərbi rəhbərliyinin silahların onlara məxsus olmadığı ilə bağlı açıqlaması PUA-ların İrana məxsus olmasını sübut edir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR