Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etdi

# 16:57
3 oktyabr 2023

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.AzVision.az məlumat yayıb ki, bununla bağlı qərar qanunverici orqanın oktyabrın 3-də keçirilən iclasında qəbul olunub.Deputatların 62-si sənədin qəbuluna "hə" deyib.“Ermənistan” və “Mənim şərəfim” müxalifət fraksiyaları müzakirələrdə iştirak etməyib.Qeyd edək ki, Roma statusunun Ermənistan parlamenti tərəfindən ratifikasiya olunması ilə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyır. Xatırladaq ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Beləliklə, V.Putin Ermənistana gedərsə,o, həbs olunmalıdır. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, Moskva İrəvanın Roma Statusuna qoşulmaq niyyətini alqışlamır. “Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun tərəfi deyilik və Ermənistan bu status əsasında qəbul edilmiş çətin qərardan (Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsini nəzərdə tutur) yaxşı xəbərdardır. Biz bilirik ki, İrəvan bu haqda məlumatlıdır. Bu, bizim alqışlamadığımız şeydir”. Peskovun sözlərinə görə, Ermənistanın belə bir qərarı Rusiyaya qarşı düşmənçilikdir. Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. İrəvan statusla bağlı Moskvanın qarşılıqlı təkliflərini nəzərə almayıb. "Erməni tərəfdaşlara ilkin olaraq Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunu ratifikasiya etməsinin bu strukturun Rusiyanın ali rəhbərliyinə “həbs orderi” verdiyi bir şəraitdə qəbuledilməz olduğu çatdırıldı. İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirildi, Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif etdi. Təəssüflər olsun ki, bu, nəzərə alınmadı və əvəzində Ermənistanda Roma Statutunun ratifikasiyası lehinə siyasi qərar verildi. Bu, ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq”, - nazirlik qeyd edib. Nazirlikdən əlavə edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR