Ermənistan parlamentinin komissiya sədri: İtkilərimiz arta bilər
Sərhəddə ölən erməni hərbçilərinin sayı arta bilər, itkin düşənlər var.
APA TV “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə Komissiyasının sədri Andranik Koçaryan deyib.
“İtkin düşənlər var, onların taleyi bəlli olandan sonra nə qədər ölən və əsir götürülənin olduğu aydınlaşacaq”, - o vurğulayıb.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan erməni tərəfinin 135 itki verdiyini və bu sayın arta biləcəyini deyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu