Ermənistan tərəfi son anda Moskvaya gəlməkdən imtina etdi - Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanın Moskvada bu gün keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak etməkdən imtina etməsinə münasibət bildirib.
Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Lavrov bu barədə Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə danışıb.
“Biz bu tədbirə hazırlaşırdıq, lakin Ermənistan tərəfi son anda Moskvaya gəlməkdən imtina etdi. Təəssüf ki, bu cür imkan qaçırıldı. Düşünürəm ki, mütəmadi olaraq görüşmək, razılaşmaq, etimadı gücləndirmək və bütün məsələlərin nizamlanması üçün zəmin yaratmaq lazımdır”, - deyə Lavrov qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib