Ermənistana qarşı yeni iddialar hazırlanır
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mərkəzin sədri Fərid Şəfiyev bildirib ki, 3 ildən artıqdır fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2022-ci ildə də aktiv iş aparıb.
Fərid Şəfiyev qeyd edib ki, bu ilin aprel ayınmda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində beynəlxal forum və noyabrda isə beynəlxalq konfrans keçirilib. O vurğulayıb ki, Mərkəzinin ölkədə baş verən siyasi prosesləri beynəlxalq auditoriyaya çatdırmaq işinin tərkib hissəsi olaraq əməkdaşların 2022-ci ildə xaricdə 130-dan çox məqaləsi dərc olunub.
Qarabağda qeyri-qanuni fəaliyyət göstərən İsveç şirkəti ilə bağlı məhkəmə iddialarının hazırlandığını qeyd edən Fərid Şəfiyev bildirib ki, Ermənistana qarşı da yeni iddialar hazırlanıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu