Ermənistana sanksiya tətbiq edilsin – Ombudsman – APA TV

# 04:20
8 oktyabr 2023

"İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçularımızın təhlükəsizliyinə, regionda sülh quruculuğu prosesinə, həyata keçirilən infrastruktur layihələrinin icrasına, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır”.

Bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın ötən gün baş vermiş mina partlayışları ilə bağlı yayımladığı bəyanatında yer alıb. Sənəddə qeyd olunub ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təhvil verməməsi mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə nəticələnir. Ermənistanın bu addımı onların bölgədə sülhün bərpa olunmasında maraqlı olmadıqlarını bir daha göstərir.

Səbinə Əliyeva dəqiq mina xəritələrinin Ermənistan tərəfindən ölkəmizə təhvil verməsini, regionda sülhün bərqərar olunmasında birliyin nümayişini tələb edib. Ombudsman Beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna qarşı müvafiq sanksiyalar tətbiq etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR