Ermənistanda Azərbaycana yol göstərən lövhələr quraşdırılır
Ermənistanın ərazisində qalan Azərbaycanın anklav kəndlərində Azərbaycana doğru istiqaməti və məsafəni göstərən yol lövhələri quraşdırılır. Məsələn, həmin lövhələrin birində göstərilir ki, buradan Bakıya qədər 458, Gəncəyə 98, Şəmkirə 58 kilometr yol var. Yerli sakinlər çaşqınlıq içindədirlər: Bu məlumat kimin üçündür və nə məqsəd daşıyır? Axı yerli ermənilərdən çətin ki, kimsə Bakıya, Gəncəyə, Şəmkirə getmək firinə düşsün... Bəziləri bunu həmin kəndlərin Azərbaycana qaytarılmasına hazırlıq kimi dəyərləndirirlər.
DİGƏR XƏBƏRLƏR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı