Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya uğradı: ÖLƏN VƏ YARALANANLAR VAR
Ermənistanda hərbçilərin olduğu maşın qəzaya düşüb, ölən və yaralananlar var.
APA TV "shamshyan.com" istinadən xəbər verir ki, Sünik rayonunun İrəvan-Meğri avtomobil yolunun Tsquk kəndinin inzibati ərazisində hələlik naməlum şəraitdə Müdafiə Nazirliyinin dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobili və “Mercedes” avtomobili toqquşub.
Qəza nəticəsində 1 hərbçi hadisə yerində ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitalına yerləşdirilib.
Polis ölən və yaralıların kimliyini müəyyənləşdirir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı