Ermənistanda iki hərbçi müəmmalı şəkildə yoxa çıxdı

# 13:21
7 fevral 2022

Ermənistanda iki hərbçi yoxa çıxıb.
Yerli KİV-lərin məlumatına görə, Vahe Manukyan və Narek Mkrtçyan müxtəlif vaxtlarda Geqarkunik yaxınlığındakı postda olarkən yoxa çıxıblar. 
Vahe Manukyan müqaviləli hərbçidir, 33 yaşı var. 
2021-ci il noyabrın 12-dən axtarışdadır. Həyat yoldaşı ilə telefonla danışdıqdan sonra ondan xəbər tutmaq mümkünsüz olub. Ona itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb. Ailəsi isə bu ittihamla qətiyyən razılaşmır.

Çünki Vahenin yoxa çıxma şəraiti, xüsusən də Müdafiə Nazirliyinin onun xidmət müddətinin uzadılması ilə bağlı açıqlaması fonunda çox şübhəlidir. 
Narek Mkrtçyan isə ötən il mayın 16-da eyni mövqedə olarkən yoxa çıxmışdı. Ona qarşı da, eyni əsasda cinayət işi başlanıb. İstintaq bir ilə yaxın davam etdirilib. Ancaq heç bir şübhəli və təqsirləndirilən şəxs tapılmayıb. İttiham isə yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb.

Bütün şübhəli məqamları nəzərə alan ailələr övladlarının öldürüldüklərini, hərbi hissə rəhbərliyinin faktı gizlətdiyini düşünürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR