Ermənistanda ölən əsgərlərin yaxınları hərbi hissəyə basqın etdi

# 16:41
18 may 2022

Ermənistanda bir aydan çoxdur ki, başlayan anti-Paşinyan və itaətsizlik aksiyaları davam edir. Özlərini “müqavimət hərəkatının nümayəndələri” adlandıranlar İrəvanda əsas küçə və prospektləri bağlayıblar. Aksiyalar başlanan gündən bu günədək ümumilikdə 500-dən çox saxlanılan şəxs var. Ermənistan Respublika Partiyasının üzvləri Eduard Şarmazanov, Qaqik Minasyan və Samvel Nikoyan da tutulanlar arasındadır.

Daşnaksütyun Partiyasının bir qrup üzvləri isə paytaxtın metrostansiyalarına daxil olaraq metronun hərəkətinə mane olublar. Onlar sərnişinləri də aksiyalara qoşulmağa və Paşinyana qarşı mitinqlərdə iştirak etməyə çağırıblar. Əsas şüarları isə “Satqın Nikol” “Türksüz Ermənistan” “Nikol, istefa ver” olub. Əraziyə polis dəstələri cəlb edilib və fəallar saxlanılıb.

 

Qeyd edək ki, 44 günlük müharibədə ölən əsgərlərin valideynləri və müharibə zamanı xəyanətdə şübhəli bilinərək həbs edilənlərin yaxınları da aksiyalara qoşularaq Paşinyanın və Ali Məhkəmə Şurasının sədri Qaqik Cahangiryanın həbs edilməsini tələb edirlər.

İrəvanın Fransa meydanına toplaşan valideynlər və həbs olunanların yaxınları hərbçilərin deyil, Paşinyan və Cahangiryanın xəyanət maddəsi ilə həbs olunmasını tələb edirlər.  

Yerli medianın məlumatına görə, valideynlərin bəziləri saxlanılaraq istintaqa cəlb olunub.

 

FUAD SADIQOV APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR