Ermənistanda ölüm hökmü tələbi - Baş prokuror güllələnmə istəyir

# 18:35
1 sentyabr 2022

Ermənistanın baş prokuroru Artur Davtyan dövlətə xəyanətə görə ölüm hökmünün verilməsini təklif edib. APA TV xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

 

“Dövlətə xəyanətə dair elə dəhşətli faktlar fiksə edilir ki, sosial ədalət və təhlükəsizlik üçün ölüm hökmü də daxil olmaqla, ən sərt cəzalar tətbiq olunmalıdır”, - deyə Davtyan bildirib.

 

Prokuror Ermənistanın ölüm hökmü ilə bağlı beynəlxalq-hüquqi öhdəliklərinin olmadığını deyib. Məsələ ilə bağlı o Konstitusiyaya Dəyişikliklər üzrə Şuraya və ədliyyə naziri Karen Andreasyana müvafiq dəyişiklikləri etmək üçün müraciət edib.

 

Baş prokuror qeyd edib ki, buna səbəb 44 günlük müharibədən sonra dövlətə xəyanətə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyi, regionda mövcud təhlükəsizlik çağırışları da ölüm hökmünü qərarı dəstəkləyir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR