Ermənistandan Azərbaycana dəmir yolu çəkilir - PAŞİNYAN AÇIQLADI

# 18:59
29 dekabr 2021

Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun Meğri hissəsinin tikintisi üçün hazırlıq işlərinə başlayır.

APA TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

"Biz artıq elan etmişik ki, Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun Meğri hissəsinin tikintisinə hazırlıq işlərinə başlayırıq. Xüsusilə qeyd etməliyəm ki, təbii ki, hamımıza məlum olan şəraitə görə regional kommunikasiyaların açılması mövzusu açıq şəkildə müəyyən problemlər və təhlükələri ehtiva edir, lakin onun böyük imkanlar ehtiva etdiyini də vurğulamalıyam", - Paşinyan bildirib.

Ermənistan və Azərbaycanı birləşdirən Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar dekabrın 15-də Brüsseldə keçirilən görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib. Paşinyanın sözlərinə görə, bu barədə razılıq Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrup tərəfindən əldə olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR