Ermənistandan Qarabağa yüklərin daşınması dayandırıldı

# 16:11
17 may 2023

“Laçın-Xankəndi yolu ilə humanitar yüklərin daşınması dayandırılıb”. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəsi yerli mediaya məlumat verib və bildirib ki, müəyyən prosedurlara aydınlıq gətirilməsinə ehtiyac var.

"Hazırda humanitar fəaliyyətlər dayandırılıb, çünki komitənin humanitar hərəkətla bağlı müəyyən prosedurları var: prosedurları aydınlaşdırmaq üçün dialoq aparılır", deyə   Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Zara Amatuni bildirib. O əlavə edib ki, danışıqların təfərrüatlarını açıqlaya bilməz.

Erməni mediasının məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Qarabağdakı qondarma rejimdən Ermənistanın tibb müəssisələrinə xəstələrin daşınması, eləcə də geriyə dərman tədarükü aprelin 29-dan dayandırılıb.

Bəzi siyasilər Ermənistan ictimaiyyətinə Qarabağdakı xəstələrin daşınmasında problemin yaranması ilə çıxışlar etsələr də, son günlər ərazidə humanitar yüklərin daşınmasında hər hansı problemin olmaması ilə bağlı videolar paylaşılmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR