Ermənistanı bürüyən xaos: Ordu tamam yox olur

# 16:03
29 sentyabr 2021

İkinci Qarabağ savaşını qalib dövlət kimi başa vuran Azərbaycanın böyük maliyyə sərfinə baxmayaraq, iqtisadiyyatı laxlamadı. Əksinə ölkənin bütün şəhər və kəndlərində abadlıq quruculuq işləri sürətləndi. O cümlədən, işğaldan azad edilən rayonlarda böyük layihələrin icrasına başlanıldı. Xaricdən gələn ianələr hesabına keçinməyə çalışan Ermənistanda isə hələ də çaşqınlıq, xaos, depressiya və ümidsizlik hökm sürür.

Bu məqam özlüyündə iki ölkə arasındakı fərqi, dövlət quruculuğu anlayışını, sahiblənmək gücünü göstərir. 

 

Yediyi dəmir yumruğun ağrısını unuda bilməyən Ermənistan işğaldan azad olunan ərazilərimizdəki quruculuq işlərini gördükcə, əsl kimliyini, gücsüzlüyünü daha çox anlayır. Erməniləri ən çox depressiyaya salan məqamlardan biri də bir vaxtlar ağız dolusu öydükləri ordularından əsər-əlamət qalmamışdı.  

 

Hərbi ekspert Ədalət Verdiyevin də sözlərinə görə, erməni təbliğat maşını daha çox “məğlubedilməz erməni ordusu” mifi üzərində işləyirdi. 44 günlük müharibədə isə erməni ordusu darmadağın edildi. Onun fikrincə, məhz Azərbaycan ordusu bu fikrin əslində utopya olduğunu bütün dünyaya sübut elədi: “Xatırlayırsınızsa əgər məhz bir il bundan öncə Ermənistan müdafiə naziri və baş nazir Nikol Paşinyanın bəyanatlarında səslənən fikirlərin,  sonradan onların xalqı aldatması üçün işlədildiyi  müşahidə edildi. Sonradan məlum oldu ki, Ermənistan nəyinki əks hücuma keçmək gücündə deyil,  əməliyyatların başlanmasından cəmi 6 saat sonra 6 kəndi və Ağdərə istiqamətində 2 yüksəkliyi qoyub qaçıblar”.  

 

Ədalət Verdiyev bildirdi ki, 1 il keçməsinə baxmayaraq, Azərbaycan ordusu düşmən ordu üzərində nəzarətə davam edir və istər ərazi baxımından, istərsə də psixoloji cəhətdən irəliləməni davam etdirir. Ermənistan ordusunun hazırkı vəziyyətinə gəlincə isə hərbi ekspert deyir ki, bu günlərdə yayılan məlumata görə artıq Ermənistan ordusunda 2 minə yaxın cinayət işi açılıb: “Bu cinayət işlərinə döyüş meydanını özbaşına tərk etmə, xidməti silahları təyinatı üzrə istifadə etməmək, fərarilik halları, şəxsi heyətin nəzarətsiz qoyulması nəticəsində onların ölümünə səbəb olan cinayət işləri və s. daxildir .Bu cinayət işləri yalnız 1 fakt üzrə açılır və araşdırmalar zamanı əlavə cinayət işləri ilə də əlaqələri ortaya çıxa bilər. Bu isə cinayət hallarının  2 dəfə çoxalacağı anlamına gəlir . Xatırladıram ki Ermənistan ordusunda 10 min nəfər fərari var. Ermənistan ordusunun 65 faizini müharibədə itiribsə bir o qədərini də cinayət işlərinin sübuta yetirilməsi ilə itirə bilər”.

 

Araşdırmaçı jurnalist Elçin Alıoğlu isə Ermənistan dövlətinin hazırkı durumunun iqtisadi, siyasi və digər cəhətlərdən acınacaqlı olduğunu söylədi. O qeyd etdi ki, Ermənistan iqtisadiyyatı 2020-ci illə müqayisədə təxminən 13,4 faiz geriləyib: Ermənistan hazırda müxtəlif çağırışlar edib, bəyanatlar verib, yeni müharibəyə hazırlaşdığını bildirsə də, Ermənistanın özünü yenidən bərpa edib, əvvəlki vəziyyətə qayıda bilməsi üçün 22 və ya 24 il vaxt lazımdır. Eyni zamanda çox böyük maliyyə lazımdır. Ermənistan Avropa Birliyi, Rusiya və İrandan ala biləcəyi maliyyə dəstəklərinə bel bağlayır. Ancaq bu dəstəklərin heç biri Ermənistanın istəyinə uyğun həll ola bilməz. Əgər Ermənistanda yaşı 18-35 arası əmək qabiliyyətli şəxslərin bu ölkəni tərk etdiyini də nəzərə alsaq, əhalisi onsuz da az olan Ermənistanda çox ciddi demoqrafik problemi ortaya qoyur. Ermənistanda psixoloji durumda çox ağırdır.

 

Elçin Alıoğlu Ermənistanla bağlı beynəlxalq maliyyə təşkilatlarının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının və Avropa Birliyinin də proqnozlarının bədbin olduğunu diqqətə çatdırdı. O, Ermənistanın yeganə çıxış yolunun regiondakı geosiyasi reallığı qəbullanmaq, məğlubiyyətlə barışaraq, Azərbaycan və Türkiyə ilə qismən də olsa, münasibətləri bərpa etmək olduğunu söylədi.

 

 

Xələf Xələfov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR