Ermənistanın Gəncədə törətdiyi ilk terror aktından iki il ötür
Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 2 il ötür.
2020-ci il oktyabrın 4-də ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.
Faciənin ildönümü ilə əlaqədar
Raketin düşməsi nəticəsində Gəncə ilk mülkü şəhidini verdi. Şəhid olan şəhər sakini 21 yaşlı Tunar Əliyevdir. Həmin gün özünə məxsus VAZ 2107 ilə Əziz Əliyev prospektində hərəkətdə olan Tunar partlayış zamanı hadisə həyatını itirib.
Tunarın anası deyir ki, oğlu axşamdan iş yoldaşları ilə birlikdə əsgərlərə əlcək, papaq, corab alıb. Ayın 4-ü aparıb hərbi hissəyə verəcəkmiş.
Əziz Əliyev prospektində yerləşən 136 saylı evdə yaşayan Pərvin Qasımova aldığı yaralardan gözlərini itirib, anası və iki az yaşlı övladları dağıntılar altından sağ çıxsalar da onlar mənəvi, psixoloji zərbə alıblar. İlk raket düşəndən təxminən bir neçə dəqiqə sonra Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutdu. Nəticədə Əli Nəzmi küçəsində yerləşən sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə raket düşdü. Evlərində olan yaşlılar, uşaqlar və qadınlar müxtəlif xəsarətlər aldılar.
Azərbaycan ordusu cəbhədə irəlilədikcə, ordumuzla bacara bilməyən düşmən çıxış yolunu mülki əhalini raket atəşinə tutmaqda gördü.
Oktyabrın 4-də atılan sonuncu raket şəhərin mərkəzi bazarına düşdü. Xoşbəxtlikdən burda ölən və xəsarət alan olmadı. Amma bazarda xeyli dağıntılar törətdi.
Qeyd edək ki, Ümumilikdə oktyabrın 4-də törədilən Gəncə terroru nəticəsində 1 mülki şəxs şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri, mülki infrastruktur və qədim tarixi tikililərə də ziyan dəyib. Ermənistanın bu raket hücumu müharibənin olduğu Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terrorlar nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə
DİGƏR XƏBƏRLƏR

İki cəbhə, bir gerçək - Rusiya-Ukrayna müharibəsi davam edir - Şərhçilər nə deyir?

Tır sürücülərinin mübahisəsi faciəvi sonluqla bitdi

Təbiətin möcüzəsi Nursu kəndi
