Ermənistanın könlünə indi də avropalı sülhməramlı düşüb?

# 19:54
6 mart 2023

Martın 5-də səhər saatlarında bir qrup terrorçu tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə Ermənistandan silah-sursat, hərbi ləvazimat daşınmasına cəhd edilib.

Dərhal Azərbaycan Hərbi Qüvvələri tərəfindən daxil olan məlumat əsasında təxribatın qarşısı alınıb. Əsgərlərimizin yoxlama istəyinə atəşlə cavab verən 3 separatçı zərərsizləşdirilib.

Müdafiə Nazirliyi yaranmış vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, bölgədə hər hansı silah-sursatın daşınması qarşısı alınacaq, üstəlik, Rusiya sülhməramlı kontingentinin koman­danlığının diqqətinə bir daha çatdırılib ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yeti­rilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

Hadisədən sonra Ermənistan KİV-ləri beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə çəkmək üçün dezinformasiya xarakterli xəbərlər tirajlamağa başladı. Ən diqqətçəkən məqam isə bu idi ki, erməni mediası daim onları himayə edən sülhməramlıları da hədəf seçdi.

Dərhal da vurğulandı ki, rusları Avropa sülhməramlıları əvəz etməlidir.

Bu məqamları nəzərə alanda yeni suallar da yaranır. Ermənilərin növbəti təxribatının arxasında nə dayanır? Son hadisələrin fonunda Ermənistandan Laçına gedən yolda nəzarət buraxılış məntəqələri qurula bilərmi? Bölgədə növbəti antiterror əməliyyatının vaxtı çatıbmı?

Deputat Arzu Nağıyev bildirib ki, Cənibi Qafqazda siyasi proseslər aktiv frazaya keçib və hər bir qlobal güc bölgədə öz nüfuzunu artırmağa çalışır.

 

O əlavə edib ki, bölgədə təhlükəsizliyin təminatı üçün Ermənistandan Azərbaycana keçən yolda nəzarət buraxılış məntəqəsinin quraşdırılması mümkündür. Arzu Nağıyev onu da bildirib ki, rəsmi Bakı sülhün tərəfdarıdır, lakin Azərbaycan ordusu regionda baş verə biləcək hər hansı təxribatın qarşısını almaq gücündədir.  

Deputat onu da vurğulayıb ki, Azərbaycan bölgədə hər hansı quldur dəstələrinin, təxribatçıların və separatçıların qarşısının alınması üçün istənilən vaxt anti-terror əməliyyatı keçirə bilər və bununla heç bir beynəlxalq qanunu pozmuş olmur.

 

Hərbi ekspert Ramil Məmmədli isə bildirib ki, noyabr razılaşmasında öhtəlik götürsə də, Ermənistan silahlıları ərazidən çıxarmayıb.

 

Buna görə də Azərbaycan ordusu artıq anti-terror əməliyyatına başlayıb və ötən günki hadisələr də bunun sübutudur. Hərbi ekspert onu da vurğulayıb ki, Azərbaycan ordusu təzyiqi artırmalı, Ermənistandan gələn bütün yolları nəzarətə götürməlidir.

Ramil Məmmədli də vurğulayıb ki, beynəlxalq təşkilatlar, o cümlədən Rusiya və Qərb təsisatları Ermənistana güclü təsir göstərməklə bölgədə sülhün bərpası üçün Qarabağdakı hərbi birləşmələri çıxarmalıdılar. Əks təqdirdə isə anti-terror əməliyyatlarının miqyası genişlənə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR