Ermənistanın növbəti prezidenti Arutunyan ola bilər
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası prezident postuna Baş nazir aparatının rəhbəri Arayik Arutunyanı namizəd göstərəcək.
Bu barədə Ermənistanın ArmLur.am saytı öz mənbələrinə istinadən məlumat verib.
Sayt Nikol Paşinyanın köməkçisi Nairi Sarkisyanın bu gün istefaya göndərilməsini də Arutunyanın Prezidentliyə namizəd olması ilə əlaqələndirir.
Belə ki, Sarkisyan Arutunyanın yerinə Baş nazirin aparat rəhbər olacaq.
Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu