Ərzurumda qardaş ziyarəti isti qarşılandı

# 18:37
17 aprel 2023

Aprelin 15-də Milli Məclisin bir qrup üzvü Türkiyənin Ərzurum şəhərində səfərdə olublar. Səfər zamanı şəhərin qədim ticarət mərkəzlərindən biri olan “Taş Mağazalar Caddesi” ilə tanışlıq olub.

Gəzinti zamanı tacirlər və alıcılarla söhbət edən deputatlar onlara Azərbaycan-Türkiyə birliyinin daim olduğunu, Türkiyənin qarşıdan gələn seçkilərdən sonra daha güclü ölkə olmasını diləyiblər. Söhbətlər zamanı Azərbaycanın "Bir millət, iki dövlət" fikrini əsas tutaraq, qardaş Türkiyəyə hər zaman dəstəyi vurğulanıb. Tacirlər deputatların gəlişi ilə bağlı qürur duyduqlarını, iki dövlət xalqlarının tarix boyu birgə olduqlarını və bir birilərini dəstəklədiklərini bildiriblər. Nüma­yəndə heyəti daha sonra “Bakırcılar Çarşısı"nı gəzib. Burada da tacirlər Ərzuruma səfər edən nümayəndə heyətini yüksək qonaqpərvərliklə qarşılayıblar.

Daha sonra nümayəndə heyəti hakim AK Partiyanın Ərzurum rayon təşkilatının rəhbərliyinin binasını ziyarət edib.

Səfərlə bağlı keçirilən mətbuat konfrasında təşkilatın Ərzurum rayonu üzrə sədri İbrahim Küçükoğlu bildirib ki, “qardaş ziyarəti” adlandırılan bu səfər hazırda Türkiyənin 7 rayonunda davam etməkdədir.

 

Daha sonra çıxış edən deputatlar Türkiyənin son illərdə böyük inkişaf yolu keçdiyini, hazırda dünyanın güclü dövlətlərindən biri olduğu vurğulayıblar.  

 

Deputat Elşad Mirbəşir bildirib ki, Türkiyə seçkilərdən sonra daha da güclənəcək və Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün böyük dəstək olacaq. O əlavə edib ki, Türkiyənin böyüklüyü, gücü dünyadakı ədalətin davamlılığı deməkdir.

 

Deputat Kamilə Əliyeva Ərzurumda məmnunluqla qarşılandıqlarını deyib. O vurğulayıb ki, iki ölkənin qardaşlığı əbədidir və heç bir güc bizi ayrı sala bilməz.

 

Ərzurumda insanların istiqanlı olduqlarını bildirən digər deputat Anar Məmmədov vurğulayıb ki, seçkilərdən sonra Türkiyə daha da güclənəcək.

 

Sonda deputatların səfəri ilə bağlı təşəkkürünü çatdıran İbrahim Küçükoğlu ölkələr arasında qardaşlığın daha da güclənməsi üçün belə görüşlərin keçirilməsinin vacibliyini bildirib.

 

 

 

Fuad Sadıqov

Fariz Quluyev

APA TV ƏRZURUM

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR