Ev partladı, 10-dan artıq evə ziyan dəydi - TƏFƏRRÜATLAR

# 17:31
28 dekabr 2021

Mingəçevirdə güclü partlayış baş verib.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında şəhərin Günəşli massivində yerləşən 12-ci küçədə qeydə alınıb. Sakinlər bildirib ki, partlayış qəfil baş verib, küçəyə  çıxan zaman bir neçə evin dağılmasına şahid olublar. Hadisəyə ilkin səbəb kimi qaz sızması göstərilir. Partlayış zamanı 10 dan artıq  evə, bir avtomobilə  ziyan dəydiyi bildirilir. Güclü partlayış olan evdə yanğın da qeydə alınıb. Bu zaman 29 yaşlı İlkin Məmmədov və 55 yaşlı Sevinc Qəmbərova, həmçinin qonşu mənzildə yaşayan 24 yaşlı Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR