Ev yandı, sahibinə 20 min manatlıq ziyan dəydi

# 17:16
19 noyabr 2022

Göyçayda fərdi yaşayış evi yanıb. Yanğın nəticəsində ev sahibinə ümumilikdə 20 000 manatdan çox maddi ziyan dəyib.

APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Ərəb kəndində qeydə alınıb.

Beləki, yanğın kənd sakini Yeganə Süleymanovaya məxsus 2 mərtəbəli, 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Elektrik naqillərində yaranan qısapanma az vaxtda evdə böyük yanğına səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi  cəlb edilib. Yanğın zamanı evin bir hissəsi yansa da qalan hissəsi yanğınsöndürənlərin səyi nəticəsində yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Hazırda faktla bağlı  araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR