Evdə baş verən yanğında iki qardaş yanıb, onlardan biri ölüb

# 16:20
3 aprel 2023

Salyanda yanğın zamanı xəsarət alan iki qardaşdan biri ölüb.

 

Hadisə ötən gün axşam saatlarında rayonun Şəkərli kəndində qeydə alınıb. Kənd sakini Amil İsmayılova məxsus fərdi yaşayış evi anidən alovlanıb.

 

Bu barədə məlumat daxil olan kimi hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Lakin buna baxmayaraq, 4 otaqlı ev içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı 5 yaşlı Nihad İsmayılzadə tüstüdən boğularaq  hadisə yerində ölüb. Qardaşı, 10 yaşlı  İsmayıl İsmayılzadə isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan İsmayıl İsmayılzadə Bakıya göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR