Evdə partlayış olub: XƏSARƏT ALAN VAR
Gəncədə evdə qaz partlayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivi bina 35, ev 7-də qeydə alınıb. 51 yaşlı qadın standartlara cavab verməyən, İran istehsalı olan qaz sobasını yandıran zaman partlayış baş verib. Partlayış vaxtı şəhər sakini 51 yaşlı Mehriban Ələkbərova yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb, ambulator yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu APA TV Gəncə
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu