Evində “Kalaşnikov” gizlədən şəxs tutulub

# 16:28
4 aprel 2023

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.

 

DIN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Camal Quliyev tutularaq istintaqa təqdim edilib. Onun evindən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb. Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 33-cü polis Bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR