Evlərdən naqil oğurlayan şəxs saxlanılıb
Qax Rayon Polis Şöbəsinə müraciət edən üç nəfər rayon sakini onlara məxsus fərdi yaşayış evlərindən elektrik naqillərinin və dəmir qapıların oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin İlisu kənd sakini Nurlan Poladov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladıqlarını satdığını bildirib. Keçirilmiş tədbirlərin davamı olaraq Nurlan Poladovun cinayət yolu ilə ələ keçirdikləri onun satdığı şəxsdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu