Əvvəl eyham vururlar, sonra yandırırlar - Sumqayıtda müəmma

# 16:54
23 iyun 2023

11 barak evdən sadəcə 3-ü qalıb. 8-i isə müəmmalı şəkildə yanıb. Görüntülər Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi, əvvəllər Kosmonavtlar ərazisi kimi tanınan Kərim Kərimov küçəsindəndir. Sonuncu yanğın bir neçə gün öncə Mehman Orucovun evində baş verib. Ev sahibi hadisəni belə şərh edib. Ailə ev yanan gündən küçədə gecələyir. Mehman Orucovun həyat yoldaşı Mətanət Orucova APA TV-ə bildirib ki, etdikləri bütün müraciətlər boşa çıxıb və heç bir qurum yardım əlini uzatmır. Evləri salamat qalan qonşular isə qorxu içində yaşadıqlarını, gecə-gündüz evin ətrafında keşik çəkdiklərini deyirlər. Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəlikdən bildirildi ki, həmin baraklar istifadəyə yararsız olduğu üçün 2019-cu ildə bu barədə məhkəməyə müraciət olunub və məhkəmə tərəfindən qətnamə qəbul edilib. Ramil Əliyev onu da qeyd etdi ki, məhkəmə qətnaməsindən sonra bu günə kimi vətəndaşlara mənzil istismar idarəsi tərəfindən dəfələrlə ərazinin boşaldılması üçün bildirişlər göndərilib, lakin bu günə qədər həmin vətəndaşlar o baraklarda yaşayırlar. Vətəndaşların evlərin qəsdən yandırılması ilə bağlı iddialarına cavab verən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 1 saylı mənzil istismar idarəsinin Yadigar Cəfərov isə bildirdi ki, yanğınların səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Əli Əliyev Ağa Əlizadə APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR