"Facebook" və "Instagram"dan Rusiya ilə bağlı gözlənilməz QƏRAR - Azərbaycan da SİYAHIDADIR

# 14:21
11 mart 2022

"Facebook” və " Instagram” Rusiya ilə bağlı yeni qərar qəbul edib.

 

APA TV xəbər verir ki, sosial platformalar Rusiyaya qarşı nifrət dolu çıxışları yayımlayacağını açıqlayıb. Yeni qərar Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukraynanı əhatə edir. 

 

Bu günə qədər isə sözügedən şəbəkələr müəyyən irqə, bəlli bir qrupa və ya ölkənin insanlarına yönəlmiş ayrı-seçkilik xarakterli yazıları məhdudlaşdırır və silir, eyni zamanda bu cür paylaşımlar edənlərin  hesablarını bağlayırdı. 

 

Yeni qərara əsasən, bundan sonra "rus işğalçılarına ölüm” kimi sözlərin paylaşılması platformalar tərəfindən bloklanmayacaq. "Facebook” və "Instagram”ın sahibi olan Mark Zukerberqin bu qərarı dərhal böyük müzakirələrə səbəb olub.

 

Şirkətin bəyanatında isə aşağıdakılar yer alıb:

 

"Rusiyanın Ukraynaya təcavüzü nəticəsində biz müvəqqəti olaraq qaydalarımıza zidd olan "Rusiya işğalçılarına ölüm” kimi siyasi bəyanatlar yayacağıq. Bununla belə, biz Rusiyanın mülki əhalisinə qarşı zorakılıq çağırışlarına məhəl qoymağa və qadağan etməyə davam edəcəyik”. 

 

"Facebook” və "Instagram”ın Rusiyaya qarşı bu cür münasibət bəslədiyi bir vaxtda, Rusiya da oxşar sosial media platformalarının ölkə daxilində istifadəsini məhdudlaşdırmağa başlayıb. Ölkədə demək olar ki, bütün Qərb əsaslı sosial media platformaları, xüsusilə "Twitter" və "Facebook" qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR