Fazil Mustafa: “Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılması eksperiment ola bilər”

# 13:14
27 aprel 2021

"Səlahiyyət məsələsinə bir daha baxmalıyıq. Dünyanın inkişaf etmiş ölkələrində bələdiyyələrin səlahiyyətləri çoxdur”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, Azərbaycanda ciddi struktur islahatlarına başlanmalıdır: “Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılması eksperiment ola bilər. Proporsional bələdiyyə seçkiləri keçirilməlidir. Siyasi partiyalar öz namizədləri ilə iştirak etməlidir. Bununla da siyasi partiyaların funksional fəaliyyəti daha açıq şəkildə özünü büruzə verəcək”.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR