Fazil Mustafa: “Erəmənistan hökuməti Qarabağdakı erməniləri zəhərləmək istəyir”
Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub. Bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib, Ümimdünya Səhiyyə Təşkilatını bölgəyə çağıracaqlar. Bu sözləri millət vəkili Fazil Mustafa özünün feysbuk postunda qeyd edib. “Böyük ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsullardır. Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır. İkinci halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin”, - deyə o bildirib. Millət vəkili vuğulayıb ki, Zəngilandan erməni sərhədinə bizim TIR-lar düzülməli, "Naxçıvana humanitar yardım üçün yol verin!" tələbini aktuallaşdırmalıyıq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu