“Fəryad 2” belə çəkilib: Çəkiliş meydanından MARAQLI GÖRÜNTÜLƏR
Xalq artisti, kinorejissor Vaqif Mustafayev şəxsi “Facebook” hesabında artıq çəkilişləri yekunlaşmış “Həyat deyəsən, gözəldir” (“Fəryad 2”) tammetrajlı bədii filminin çəkiliş prosesindən fraqment paylaşıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan, çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsi, Xızı rayonu, Bakı və Abşeronda aparılan filmin ilk dəfə yayımlanan görüntüləri isə sosial media istifadəçilərinin diqqətini çəkib.
Erməni işğalçılarının viran qoyduğu Qarabağ torpaqlarında şanlı ordumuzun 44 günlük mübarizəsini əks etdirən ekran əsəri “Fəryad 2” olaraq da tanınır.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Mir Çingiz Ağazadə
APA TV
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?