Fətəli xan Xoyskinin qohumu evində cansız tapılıb

# 10:15
17 may 2023

 

Gəncə şəhərində mənzildən meyit tapılıb. Hadisə şəhərin Əziz Əliyev proskektində qeydə alınıb. Bu barədə APA İnformasiya Agentliyi xəbər yayıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sözügedən ünvanda 1 nəfərin meyiti aşkarlanaraq aidiyyətı üzrə təhvil verilib Məlum olub ki, meyiti tapılan şəxs sözügedən ünvanda yaşayan 75 yaşlı Xan Xoyski Azad Cəfər oğludur. Ondan uzun müddət xəbər alınmadığı üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Qeyd edək ki, Xan Xoyski Azad Cəfər oğlu Azərbaycan Demokratik Respublikasının qurucularından olan Fətəli Xan Xoyskinin qardaşının nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR