FHN azyaşlını belə xilas etdi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Sumqayıt şəhərində xilasedicilər köməksiz vəziyyətdə qalan uşağı xilas ediblər.
APA TV Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 17-ci mikrorayonda 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü uşağın beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə mənzilə eyvandan daxil olub uşağı xilas edərək, aidiyyəti üzrə təhvil veriblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu