FHN-də Gənclər Günü münasibətilə tədbir keçirilib

# 13:11
2 fevral 2022

Fövqəladə Hallar Nazirliyində 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

 

APA TV xəbər verir ki, FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov gənclər siyasəti və ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açıb: “Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Tam əminliklə deyə bilərik ki, gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan müdrik siyasətdir. Vətənpərvər, sağlam və intelektual gənclik güclü dövlətin təməlidir. Məhz bu nəticə 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiq etdi”.


Tədbirin sonunda nazirliyin regional mərkəzləri və qurumlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərkən xüsusi fərqlənmiş 48 nəfər gənc əməkdaş FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Semral Cavad,

Kamran Namazov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR