FHN-də vacib müşavirə: NAZİR TAPŞIRIQ VERDİ

# 18:38
1 sentyabr 2022

Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.

 

Nazir müavini Tapdıq Əmiraslanov və Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

 

Əvvəlcə, nazir Kəmaləddin Heydərov Prezidenti İlham Əliyevin ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə hər zaman xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin üzərinə ciddi vəzifələrin düşdüyünü xatırladıb.

 

Sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyəti ilə əlaqədar hesabatı dinlənilib. Vurğulanıb ki, təhlükəsizlik tədbirləri təkcə Abşeron yarımadasında deyil, digər şəhər və rayonların sahilboyu ərazilərində də həyata keçirilir. Bundan əlavə, Xidmətin əsas vəzifələrindən olan kiçikhəcmli gəmilərin təhlükəsiz istismarına nəzarətin təşkili ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verilib.

 

Nazir həlli vacib məsələləri qeyd edərək, müvafiq tapşırıqlarını verib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR