FHN-dən şəhid övladlarına növbəti dəstək

# 19:33
16 mart 2023

Martın 16-da Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün “açıq qapı günü” keçirilib.

 

Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri və Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

 

Tədbirdə FHN-in psixoloqları uşaqlarla fərdi söhbətlər aparıb, maraqlı psixoloji oyunlar keçiriblər.

 

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

 

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR