FHN əməkdaşı Afrikanın ən hündür nöqtəsində
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Sima Səfərova 25-28 martda Afrika qitəsinin ən hündür nöqtəsi olan Kilimancaro dağının Uhuru zirvəsini fəth edib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə yürüş edən S.Səfərova dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən zirvədə Azərbaycan bayrağını dalğalandırıb.
Qeyd edək ki, Sima Səfərova Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisidir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu