FHN iki rayonda təlim keçirir

# 18:57
18 noyabr 2021

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərində və Ucar rayonunda “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib.

APA TV xəbər verir ki, təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Aran Regional Mərkəzinin şəxsi heyəti və xüsusi texnikası cəlb edilib.

FHN-in Baş Əməliyyat İdarəsinin Operativ İdarəetmə şöbəsinin rəisi Namiq Abdullayev deyir ki, təlimlərin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyəti tərəfindən fövqəladə halın nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrin daha da artırılması, eyni zamanda, şəxsi heyətin xilasetmə, yanğınsöndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olub: “Təlim iki rayonda, Ucar və Mingəçevir rayonunda həyata keçirilir. Mingəçevir şəhərində iki obyektdə, Ucar rayonunda isə “Ağac emalı” ASC-nin ərazisində həyata keçirilir. Düzdü Mingəçevir şəhərində “Mingəçevir tekstil” MMC-nin ərazisində yanğın taktiki təlimi, yəni taktiki təlimin bir hissəsidir orada. İkinci hissəsi isə gördüyünüz kimi burda keçirildi. Həm su ərazisində, həm də quru ərazidə. Yəni burda ən əsas məsələ xilasetmə əməliyyatlarının aparılmasıdır”.

Qeyd edək ki, 17-19 noyabr tarixlərini əhatə edəcək təlimə nazirliyin 36 texnikası və 283 nəfər şəxsi heyəti cəlb olunub.

 

Elgün Gəncimsoy,

Arzu Quliyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR