FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təlimi keçirilib

# 14:34
26 noyabr 2022

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

 

Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təlimin əhəmiyyətindən danışaraq, beynəlxalq humanitar əməliyyatlar zamanı görülməsi vacib olan məsələlərə toxunub.

 

Daha sonra təlimə start verilib.

 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında və Mülki müdafiə qoşunlarının Təlim poliqonunda 2 mərhələdə keçirilən taktiki-xüsusi təlimin birinci mərhələsində Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər yerinə yetirilib.

 

Təlimin ikinci mərhələsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi üzrə tədbirlərin dəqiqləşdirilməsi, şərti olaraq yaradılmış sərhədkeçmə və gömrük məntəqələrində müvafiq prosedurların həyata keçirilməsi təmin olunub.

 

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

 

Təlim çərçivəsində Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə Nazirliyin Akademiyasında bir neçə mərhələdə keçirilmiş “GPS” (Global Positioning System) kurslarına yekun vurulub. Kursları müvəffəqiyyətlə bitirən Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub. Sertifikatların təqdimetmə mərasimində FHN Akademiyasının rəisi general-mayor Baba Salayev iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR